ÜST Ebola qurbanlarının sayını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın qərbində yayılmış Ebola xəstəliyi ucbatından beynəlxalq səhiyyə həyəcanı elan edib. SİA-nın BBC-ə istinadən verdiyi xəbərə görə, Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının sayı 887 nəfərə çatıb.

Təşkilatın xəbərinə görə, Syerra-Leone, Liberiya, Qvineya və Nigeriyada Ebola qızdırmasından 729 nəfərin ölüb. Fevral ayından bu günə qədər 1603 yoluxma halı qeydə alınıb. Ebola qızdırması müalicəsi olmayan, qanla, hava-damcı yolu ilə, həmçinin yoluxmuş insanın əşyalarından keçə bilən olduqca təhlükəli virusdur.

Qeyd edək ki, virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə