"Donor şərti olaraq qohum və qeyri-qohum donorlara bölünür. Azərbaycanda hələlik Respublika Talassemiya Mərkəzinin həyata keçirdiyi 3 transplantasiya əməliyyatının hamısı qohum donorlardan alınan sümük iliyinin köçürülməsi idi". SİA-nın xəbərinə görə, bunu mərkəzin direktoru Rauf Rzayev bugünkü mətbuat konfransında çıxışı zamanı deyib.
"Lakin elə vəziyyət ola bilər ki, sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardaşı sağlam olamaya bilər. Bu halda dünya transplantasiya təcrübəsində Dünya Donorlar Bankının qeydiyyatında olan donor hüceyrələrindən istifadə olunur. Hazırda həmin bankda 25 milyona kimi potensial donor var. Həmin donor bankında olan donorların sümük iliyindən istifadə olunur. Lakin bunun üçün sümük iliyi transplantasiyası ilə məşğul olan dövlətin Dünya Donor bankının qeydiyyat sşsteminə daxil olması lazımdır. Azərbaycan hələlik Dünya Donor Bankının qeydiyyat sisteminə daxil deyil. Bu da yaxın gələcəyin işidir. Çünki qeydiyyata daxil olmaq üçün həmin ölkədə bu sahə üzrə 100-ə yaxın əmqliyyat aparmaq lazımdır".
Mərkəzin Sümük iliyi Transplantasiya şöbəsinin müdiri Nərgiz Əliyeva deyib ki, 2013-cü ilin noyabrından bu günə ki i mərkəzə sümük iliyinin köçürülməsi ilə bağlı 24 xəstə müraciət edib: "Onların 10 nəfərində bacı və qardaşının donorluğunun mümkünlüyü qeydə alınıb. 3 nəfər bu ilin may ayında əməliyyat olunu və vəziyyətləri hazırda qənaətbəxşdir. Müraciət edənlərin 14 nəfərində isə bacı və qardaş uyğunluğu müəyyən edilməyib. Digər uyğun olan 7 nəfərin isə yaxın gələcəkdə əməliyyat olunması nəzərdə tutulub".
Mərkəzin Sümük iliyi Transplantasiya şöbəsinin həkimi Sahilə Sultanova isə əlavə edib ki, növbəti sümük iliyinin köçürülməsi əməliyyatı cari ilin oktyabr ayının əvvəllərində 4 xəstənin üzərində aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB