Azərbaycan səhiyyəsində bir ilk daha: sümük iliyinin köçürülməsi həyata keçirilib

Azərbaycan səhiyyəsində bir ilk daha: sümük iliyinin köçürülməsi həyata keçirilib

Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi əməliyyatı icra edilib. SİA-nın xəbərinə görə, bununla bağlı bu gün Respublika Talassemiya Mərkəzində mətbuat konfransı keçirilib.

Konfransda Mərkəzin direktoru Rauf Rzayev bildirib ki, mürəkkəb əməliyyatları yerli mütəxəssislər belarus həmkarlarının dəstəyi ilə həyata keçiriblər: "Hazırda hər 3 xəstənin vəziyyəti qənaətbəxşdir və evə yazılmaq ərəfəsindədirlər. Həmin əmiliyyatların hamısı dövlət hesabına həyata keçirilib".

Qeyd edək ki, sümük iliyinin köçürülməsi, nisbətən yeni tibbi prosedurdur və əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində istifadə olunur. 1968-ci ildə ilk uğurlu köçürülmədən sonra, sümük iliyi transplantasiyası leykoz (qan xərçəngi), aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə