Azərbaycanda xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb. SİA-nın "Tibb" qəzetinə istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında cıxışı zamanı deyib.
O bildirib ki, vaxtilə bu cür xəstələr ölümə düçar idilər, indi isə Bakı şəhərində və regionlarda yaradılan 30-dan artıq xüsusi dializ mərkəzində dövlət hesabına müalicə olunurlar: "Artıq ölkəmizdə böyrək transplantasiyası əməliyyatlarının aparılması qeyri-adi hadisə kimi qarşılanmır. Bir neçə klinikada böyrək, qaraciyər köçürmələri həyata keçirilir. Demək olar ki, xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb. Bu gün ölkəmizdə yüksək səviyyədə endoskopik cərrahi əməliyyatlar aparılır. Milli Onkologiya Mərkəzinə xarici ölkələrdən, beynəlxalq qurumlardan gələn nümayəndələr bu səhiyyə müəssisəsi ilə tanış olduqdan, buradakı unikal aparatları gördükdən sonra təkif edirlər ki, qarşılıqlı müqavilələr imzalansın, birgə iş, elmi axtarışlar aparılsın. Əlbəttə ki, bütün bunlar bizi çox fərəhləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB