Nazirlik uşaq ölümünə aydınlıq gətirdi

Nazirlik uşaq ölümünə aydınlıq gətirdi

Azərbaycan Səhiyyə Nazirliyi 3 saylı şəhər Kilinik Xəstəxanasında Fəridə Məhərrəmovanın yeni doğulan körpəsinin ölümünün səbəbini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli SİA-ya bildirib ki, uşağın anası hamiləlik zamanı ilandan qorxaraq güclü stress keçirib. Qadın bununla əlaqədar hətta nevropatoloq tərəfindən müalicə də edilib. Qadının stress keçirməsi onun bətnindəki uşağın qan-damar sisteminə də təsir göstərib.

Patologiya ilə doğulan uşaq reanimasiyaya yerləşdirilib. Lakin doğumunun 3-cü günündə uşaq dünyasını dəyişib.

A.Qədirli hadisə ilə əlaqədar uşağın ölümünün əvvəlcədən gözlənildiyini də söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə