Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunda baş vermiş qətl hadisəsinin təfərrüatlarını açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli SİA-ya bildirib ki, hadisə dünən gecə saat 12 radələrində baş verib. Qətl hadisəsi təcili yardım briqadası tərəfindən instituta gətirilən 1946-cı il təvəllüdlü Cəlilov Hüseynağa tərəfindən törədilib. Həyatının 40 ilini həbsxanada keçirən keçmiş məhkum onunla eyni palatada yatan digər xəstə -1952-cı il təvəllüdlü Mail Hüseynovla mübahisə edib. Mübahisə keçmiş məhkumun siqaret çəkməsinə görə yaranıb.
M. Hüseynovun etirazlarına baxmayaraq, palatada siqaret çəkəcəyini bildirən H. Cəlilov bıçaqla həmin xəstəni vurub. Zərbə M. Hüseynovun ürək nahiyəsinə düşdüyündən o, elə hadisə yerində dünyasını dəyişib. H.Cəlilov hüquq-mühafizə orqanının işçiləri tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB