Azərbaycanda icbari tibbi sığorta sisteminin ilkin mərhələdə bütün respublika ərazisində tətbiq edilməyəcəyi, bu işin pilot layihə şəklində həyata keçiriləcəyi gözlənilir. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, yaxın zamanlarda icbari tibbi sığorta sistemi reallaşacaq. Hazırda isə NK-da icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı bır sıra hüquqi sənədlər hazırlanır.
Qeyd edək ki, 1999-cu ildə Milli Məclis tərəfindən "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2008-ci ildə ölkə Prezidentinin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. İcbari tibbi sığorta sisteminin tətbiqi üçün hər il büdcədən maliyyə vəsaiti ayrılsa da, müəyyən səbəblər üzündən onun tətbiqi mümkün olmur.
Bütün xəbərlər Facebook səhifəmizdə