"Bayram günlərində stansiyamıza 1700 çağırış olub. Çağırışların 10%-i xəstəxanalara yerləşdirilib". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova deyib.
Onun sözlərinə görə, daxil olan çağırışlar arasında qida zəhərlənməsi ilə bağlı müraciətlər olmayıb: "Müraciətlər normal günlərdə olduğu sayda və həmişəki səbəblərdən olub. Digər günlərə nisbətdə martın 22-də uşaqlarla bağlı olaraq çağırışların sayı 10% artıb. Səbəb isə poliklinikalarda iş gününün olmamasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB