Orta təhsil müəssisələrinə 11512 nəfər qeydiyyatdan keçib

Orta təhsil müəssisələrinə 11512 nəfər qeydiyyatdan keçib

"Saat 11:30 -a olan məlumata görə, 9 illik bazadan orta təhsil müəssisələrinə 11512 nəfər qeydiyyatdan keçib". Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

O qeyd edib ki, 9 illik bazadan orta ixtisas məktəblərinə qəbul olanların ümumi sayının 84 faizini təşkil edir.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyat bu gün saat 17:00-da başa çatacaq.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə