Azərbaycan Respublikası Səhiyyə Nazirliyi rezidentura üçün klinik baza kimi təsdiq edilmiş elm və tibb müəssisələrində ixtisaslaşmış tibbi təhsilin səviyyəsinin təkmilləşdirilməsi məqsədilə rezident-həkimlər üçün kardiocərrahiyyə, plastik cərrahiyyə, mamalıq-ginekologiya, immunologiya, endokrinologiya, laboratoriya işi, şüa diaqnostikası, şüa terapiyası, uşaq cərrahiyyəsi, hematologiya, neyrocərrahiyyə, anesteziologiya-reanimatologiya, üz-çənə cərrahiyyəsi, genetika üzrə xaricdə 3-6 ay müddətinə rotasiya tsiklləri təşkil edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iştirakçılardan rezidentura təhsilinin cari ilini tamamlayaraq dövri attestasiyadan keçən həkim-rezidentlər, səlis xarici dil biliyi tələb olunur.
Tsikllərdə iştirak üçün elektron ərizə (çap edilərək imzalanmış nüsxə), kadrların şəxsi uçot vərəqəsi (tam doldurulmuş), ali təhsil haqqında diplomun surəti, əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda), rezidentin dövri attestasiyasının nəticələrini əks etdirən sənədin surəti, rezidenturanın keçirildiyi tibb müəssisəsindən xasiyyətnamə, xarici dil biliyi barədə rəsmi sertifikat (alman dili üzrə B2-C1, DSH2 səviyyəsi, ingilis dili (TOEFL və s.), türk dili (tibbi terminologiya ilə), 3,5x4,5 ölçüdə 2 ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasportun surəti təqdim olunmalıdır.
Məlumata əsasən sənəd qəbulu sentyabrın 16-dan başlayaraq 20 iş günü müddətində Səhiyyə Nazirliyində saat 10:00-dan 16:00-dək aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB