"Azərbaycanın 17 rayonunda 20% iribuynuzlu mal-qara arasında yeni virus yayılıb ". SİA-nın xəbərinə görə, bu barədə Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu xəstəlik zamanı iribuynuzlu mal-qarada qanın qatılaşması, bədən hərarətinin dəyişkən olaraq qalxması və bala salma halları müşahidə olunur: "Xəstəlik akabella, şamonda və aina viruslarının birləşməsi nəticəsində yaranıb. İlk dəfə iyulun 28-də aşkarlanan virus əsasən aran rayonlarını əhatə edir. Xəstəlik insandan insana, heyvandan heyvana və süd məhsulları vasitəsilə insanlara yoluxmur, yalnız heyvandan heyvana ağcaqanadlar və digər qansoran həşəratlar vasitəsi ilə keçə bilər. Dövlət Baytarlıq Xidmətinin nümayəndələri tərəfindən diaqnoz qoyulması və profikaltik tədbirlərin həyata keçirilməsi üçün mal-qaradan qan nümunələri, selik yaxmaları götürülüb və bu nümunələr laboratoriyamızda müayinə edilib. Müayinələrin nəticəsinə əsasən deyə bilərəm ki, bu, virus xəstəliyidir. Xəstəlik nəticəsində ölü bala doğulması, balasalma, sinir sisteminin pozulması halları müşahidə edilir. Yayılan bu xəstəlik nəticəsində artıq aran rayonlarında 23 heyvan bala salıb. Eyni zamanda 7 heyvanın ölümü də baş verib ki, bu heyvanlarda hazırda aşkarlanmış xəstəliklə yanaşı, digər xəstəliklər də olub. Yəni təkcə bu virusu daşıyan heyvanlardan heç birində ölüm halı olmayıb. Artıq bir neçə gündür ki, Dövlət Baytarlıq Xidmətinin nümayəndələri, eləcədə Rayon Baytarlıq İdarələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq bu xəstəlik müşahidə olunan heyvanları 3 gün ərzində vena daxili simptomatik müalicə ediblər. Bu virus müalicəyə tabe olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB