"İyun ayının 1-dən etibarən bu günə qədər günvurma ilə bağlı təcili tibbi yardım stansiyasına 30 müraciət daxil olub". Bu barədə SİA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Zemfira Vahidova məlumat verib. O bildirib ki, müraciət edənlərdən 13 nəfərinin vəziyyəti nisbətən ağır olduğundan xəstəxanalara yerləşdirilib: "Günvurma ilə bağlı təcili tibbi yardım stansiyalarına daxil olan müraciətlər əsasında xəstəxanalara yerləşdirilənlərin 5-i azyaşlı olub. Onların 2-si yaş yarım, 3-ü isə 10, 11, 12 yaşlarında uşaqlardır"
Zemfira Vahidova həmçinin yay fəslində baş verən qida zəhərlənmələrinin sayının artdığını deyib: "Yay fəslində zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım stansiyasına müraciət edənlərin sayında artım müşahidə olunur. Əsasən qarışıq qidalarla bağlı daxil olan müraciətlər əsasında insanlar xəstəxanalara yerləşdirilir. Laboratoriya şəraitində aparılan müayinələr nəticəsində isə zəhərlənmənin nədən baş verdiyi müəyyənləşir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB