Lənkəranda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, öncə tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Tədbirdə çıxış edən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Agabala Kəlbiyev iştirakçıları Peşə bayramı münasibəti ilə təbrik edərək bildirib ki, tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4-iyun 2001-ci il sərancamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Baş həkim əlavə edib ki, Prezident cənab İlham Əliyevin Lənkərana etdiyi son səfəri zamanı Mərkəzi xəstəxananın təmir edilməsilə bağlı verdiyi taprışıq artıq başa çatmaq üzrədir.1000-ə yaxın tibb işçisinin çalışdığı Lənkəran Mərkəzi Rayon Xəstəxanası yaxın zamanda ən müasir avadanlıqla təchiz və avropa standartlarına uygun olaraq əsalı təmir olunub tibb işçilərinin istifadəsinə veriləcək.
Sonra Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini Vüsal Nəsirli Azərbaycanın səhiyyə tarixinin inkişaf mərhələsini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bağlayıb, hər sahədə olduğu kimi səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini xüsusi vurğulayıb və bu siyasətin davamçısı olan Ölkə başçısı cənab İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi diqqət və qaygısını, son illər ölkəmizdə, eləcə də Lənkəran şəhərinin səhiyyə sistemində aparılan islahatları dqqətə çatdırıb. Çıxışlarda tibb işçilərinə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıq bildirilib.
Səhiyyə işçilərinin bir qrupuna Lənkəran Mərkəzi Rayon Xəstəxanası və İcra hakimiyyətinin diplom və qiymətli hədiyyələri təqdim olunub.
Tədbir yerli incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB