Səhiyyə naziri cənub bölgəsində sakinləri qəbul edib FOTOLAR

Səhiyyə naziri cənub bölgəsində sakinləri qəbul edib FOTOLAR

Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Səhiyyə naziri Oqtay Şirəliyev Astara Mərkəzi Rayon Xəstəxanasında cənub regionu vətəndaşları üçün qəbul keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından 35 nəfərədək vətəndaş müxtəlif məsələlərlə bağlı nazir O. Şirəliyevə müraciət edib.

Müraciətlərin bir çoxu yerindəcə həll olunub, digər müraciətlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların qəbulu başa çatdıqdan sonra nazir O. Şirəliyev Astara Rayon Mərkəzi Xəstəxanasının ikimərtəbəli poliknilika şöbəsində aparılan əsaslı təmir işlərinin gedişi ilə maraqlanıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə