Bəzi dərmanlar satışdan çıxarıldı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, iclasın gündəliyinə "Lirika" və "Koaksil", "Tropin" və "Midriasil" dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması, "Oktaqam" preparatının dövlət qeydiyyatının bərpa olunması kimi məsələlər daxil edilib.

Müzakirələrdən sonra "Lirika", "Koaksil", "Tropin" və "Midriasil" dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətlərini, xəstələr arasında rast gələn sui-istifadə və ağırlaşma hallarını nəzərə alaraq , "Lirika" və "Koaksil" dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. Eyni zamanda "Tropin" və "Midriasil" dərman preparatlarının stasionar tibb müəssisələrində istifadə olunan dərman preparatları sırasına daxil edilməsinə və aptek şəbəkəsindən çıxarılmasına dair qərar verilib.

Həmçinin "Oktaqam" dərman vasitəsinin istehsalçısı tərəfindən göstərilən problemlər aradan qaldırılması və yaranma səbəblərinin öyrənilməsi başa çatdığı üçün isə bu preparatın dövlət qeydiyyatının bərpa edilməsinə dair qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...