Uşaqlar sətəlcəmə qarşı peyvənd olunacaqlar

Uşaqlar sətəlcəmə qarşı peyvənd olunacaqlar

Azərbaycanda uşaqlar sətəlcəm (pnevmakok pnevmaniya) xəstəliyinə qarşı peyvənd olunacaqlar. SİA xəbər verir ki, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın Baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, peyvəndə bu ilin sonu, gələn ilin əvvəlindən başlanacaq.

N.Quliyev bildirib ki, sətəlcəm ağır xəstəlik olduğundan buna qarşı peyvəndin aparılması vacibdir: "Bu, uşaqların belə təhlükəli xəstəliyə yoluxması riskini azaldacaq və uşaq ölümünün azaldılması istiqamətində böyük addım olacaq".

Baş pediatr vurğulayıb ki, bu gün Azərbaycanda uşaqlar 10 yolxucu xəstəliyə qarşı peyvənd aparılır: "Ümumiyyətlə, dünyanın ən yüksək inkişaf etmiş ölkələrində peyvənd təqviminə 15-dək yolxucu xıstəlik daxildir. Bunların eləsi var ki bizim ölkə üçüm aktual deyil, eləsi də var, bunu sona çatdırmışıq. Yəni elə səviyyəyə çatmışıq ki, üç ilə dünyada ən inkişaf etmiş ölkə səviyyəsindəki təqvimi həyata keçirəcəyik. Təqdirəlayiq hadisə odur ki, digər ölkələrdən fərqli olaraq, Aazərbaycanda peyvənd dövlət hesabına həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə