Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin sentyabr ayı ərzində gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bundan əlavə, 49 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 38 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Bu barədə SİA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1051, mikrobioloji göstəricilərinə görə 1047, toksikoloji göstəricilərinə görə 422, radioloji göstəricilərinə görə 14 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən edilib. Şadlıq evlərindən 2829 yaxma nümunəsi, 68 soyuq qəlyanaltı nümunəsi götürülüb, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.
Sentyabr ayı ərzində əhali arasında 101 qida zəhərlənməsi hadisəsi baş verib, 121 nəfər zərərçəkən olub. O cümlədən baş verən 4 botulizm hadisəsi nəticəsində 5 nəfər zərər çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB