"Müsavat" qəzeti əfsuslar olsun ki, bəzi hallarda dəqiqləşdirilmə aparılmadan, qarşı tərəfdən fikir öyrənmədən və əksər hallarda konkret ad, ünvan və fakt göstərmədən müxtəlif tibb ocaqları barədə əsassız məqalələr dərc edir. Bu fikirlər Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumatda öz əksini tapıb. Bildirilir ki, qəzetin 04.09.2012-ci il buraxılışında yüksək təcrübəli tibbi personalın çalışdığı, milyonlarla insanın şəfa tapdığı, ölkənin ən iri və nüfuzlu səhiyyə ocaqı olan akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası haqqında xoşagəlməz, bitərəf və əsassız yazı dərc olunub.
"Bütün yanlış iddialarla yanaşı məqalədə ən çox diqqət çəkən iddia kənar şəxslərin qadağan olduğu reanimasiya şöbəsinə "kimin gəldi buraxılır" iddianızdır ki, bu qətiyyən yolverilməzdir. Reanimasiya şöbəsi bütün digər tibb müəssisələrində olduğu kimi rəhbərliyin tam ciddi nəzarətində saxlanılır. Bu şöbəyə tibbi personal və ağır reanimasyon xəstələrdən başqa kiminsə daxil olması mümkün deyil. Eyni zamanda, diqqətinizə çatdıraq ki, bu tibb müəssisəsində də digər dövlət tibb müəssisələrində olduğu kimi müayinə və müalicə dövlət hesabına aparılır. Burada xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərilir. Bütün bunları nəzərə alaraq hesab edirik ki, məqalədəki faktları yenidən nəzərdən keçirib düzgün və əsaslı məqalə hazırlamalısınız. Gələcəkdə də bu kimi yazılar hazırlanarkən adsız naməlum informatorlara deyil, rəsmi nümayəndələrə və real faktlara əsaslanaraq yazılar hazırlamağınızı tövsiyə edirik", - deyə xəbərdə bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB