Qida zəhərlənməsi ilə də aradan çıxmaq olar. Amma bir dəfəlik istiqamətdə. Sadəcə xoşbəxtlikdən iyul ayında qeydə alınan 300-ə yaxın zəhərlənmə faktında ölüm hadisəsi müşahidə olunmayıb. Amma bu o demək deyil ki, qidanın saxlanma şəraiti və temperatura riayət etməsəniz də olar. Riayət edin ki, yolunuz xəstəxanadan düşməsin.
Bu ilin 7 ayı ərzində Azərbaycanda əhali arasında 778 qida zəhərlənməsi baş verib ki, nəticədə 884 nəfər zəhərlənib. Onların 14-ü kəskin zəhərlənmə ilə xəstəxanaya daxil olub. Təkcə iyul ayında 268 nəfər qidadan zəhərlənib. Onların 3-ü botulizm hadisəsi olub.
Respublika Gigiyena Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Şöbəsinin müdiri İmran Abdulayevin sözlərinə görə, zəhərlənmələrin əksəriyyəti ev şəraitində bişirilən qidalardan baş verib. Şöbə müdiri zəhərlənmələrin əsasən düzgün qidalanmama, eyni zamanda köhnə qidaların qəbulu ilə bağlı olduğunu deyib.
Qeyd edək ki, respublikanın Sanitariya-Epidemioloji Xidmət orqanları tərəfindən iyul ayı ərzində şadlıq evlərindən 3029 yaxma nümunəsi götürülüb, 51 nümunədə mikrobioloji çirklənmə aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB