Avropada antibiotik çatışmazlığı

Avropa İttifaqı (Aİ) ölkələrində antibiotik preparatlarının tədarükündə problemin olduğu bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Dərman Agentliyinin baş həkimi Steffan Thirstrup bildirib ki, bir çox ölkələr müəyyən dərmanların, xüsusilə də amoksisillin aktiv maddəsi olan antibiotiklərin tapılmasında çətinliklərlə üzləşirlər.

Thirstrup, Aİ-nin 27 ölkəsindən 25-də antibiotik dərman qıtlığının olduğunu və son aylarda bu dərmanlara tələbatın artdığını, eyni zamanda istehsalda da problemlərin olduğunu bildirib. Thirstrup bildirib ki, dərman istehsalçıları kadr çatışmazlığı səbəbindən istehsalda problemlərlə üzləşirlər.

Son vaxtlar bir çox Avropa ölkələrində bəzi dərman vasitələrinin təchizatında problemlərin olduğu bildirilir. Bunun səbəbləri istehsalın gecikməsi, tələbatın artması, aktiv maddənin olmaması və nəqliyyat problemləri kimi təchizat problemləridir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə