İranda təhsildə fasilə yenidən uzadılıb

İranın Elborz və Tehran əyalətlərində hava çirkliliyinin yüksək səviyyədə olduğu və bütün qruplar üçün sağlamlığsız hala gəldiyi üçün məktəblərdə təhsilə verilən fasilənin yenidən uzadıldığı açıqlanıb. SİA-nın verdiyi məlumata görə, havanın çirklənməsi fövqəladə hallar qrupunun axşam iclasında Perdis, Demavend və Firuzkoh istisna olmaqla, Elborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla bütün məktəblərin çərşənbə və cümə axşamı günləri bağlanmasına qərar verildiyi qeyd edilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə