Dr.Rəşad Mahmudov ürək əməliyyatı icra edib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d, ürək-damar cərrahı Dr.Rəşad Mahmudov 4 gün əvvəl anadangəlmə ürək qüsuru olan balaca və şirin pasiyentimizə minimal invaziv üsulla ürək əməliyyatı icra edib. SİA xəbər verir ki, bu gün artıq Zəhra balanı gülər üzlə və tam sağalma ilə evə yola saldıq. Dr.Rəşad Mahmudov əməliyyatla bağlı bildirib: “Son illərdə ürək cərrahiyyəsi ölkəmizdə o qədər inkişaf edib ki, açıq ürək əməliyyatından 4 gün sonra belə uşaqlar ağrısız və gülər üzlə evə yola salınırlar. Müvəffəqiyyət korporativ məhsuldur, yəni komanda işidir”.

PS: Kim deyə bilər ki, 4 gün əvvəl bu qızın ürəyi 1 saat dayandırılaraq üzərində minimal invaziv üsulla ürək əməliyyatı aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə