Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada koronavirusla bağlı məhdudiyyətlərin qaldırıldığı açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nigeriya Mülki Aviasiya Təşkilatının (NCAA) baş direktoru Musa Nuhu verdiyi yazılı açıqlamada ölkədə həyata keçirilən COVID-19 tədbirlərinin sona çatdığını bildirib. Ölkəyə girərkən peyvənd kartı və ya PCR testi təqdimetmə öhdəliyinin aradan qaldırıldığını qeyd edən Nuhu, "Sərnişinlərin təyyarədə və ya hava limanında maska taxması istəyə bağlıdır, lakin tövsiyə olunur" deyə qeyd edib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB