Fransada səhiyyə müəssisələrinə müraciət edənlərin sayı artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransada xəstəxanalarda doluluq nisbəti həyəcan vericidir. Ölkədə səhiyyə işçiləri də çətin vəziyyətdədir.

Fransanın İctimai Səhiyyə bölməsinin məlumatına görə, son günlər qrip və bronxitlə bağlı stasionar xəstələrin sayında sürətli artım müşahidə olunur. Son bir həftədə koronavirusa yoluxmalarda da artım var. Səlahiyyətlilərə görə, bu, xəstəxanaların çarpayı tutumunun az olması ilə bağlıdır. Ölkə daxilində xəstəxanalar təxminən yüzdə 15 çarpayı çatışmazlığı ilə işləyir. Bu vəziyyətin kadr çatışmazlığı ilə bağlı olduğu bildirilir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə