Vitaminləri əldə etməyin ən məsləhətli yolu mövsümi meyvələrdir

Son aylarda Kliniki Tibbi Mərkəzə halsızlıq, öskürək, burun axması kimi problemlərlə bağlı müraciət edənlərin sayı artıb. Bunun da səbəbi mövsümi influenza virusudur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Kliniki Tibbi Mərkəzin trapevti Nuranə Əliyeva deyib.

Onun sözlərinə görə, bu xəstəlik insanların sıx toplaşdığı məkanlarda daha tez yayılır. Uzunmüddətli xroniki xəstəliklər, şəkərli diabet, ürək-damar problemləri, hipertoniya kimi xəstəliklərdən əziyyət çəkən insanlarda, eyni zamanda yaşı 60-dan yuxarı şəxslərdə xəstəliyin ən ağır forması olan pnevmoniya müşahidə oluna bilər.

“Ümumiyyətlə, bir çox virus infeksiyalarından qorunmaq üçün immun sistemini yüksəltmək lazımdır. Bunun üçün əlavə vitamin dəstəyi almaq tövsiyə olunur. Bu vitaminləri əldə etməyin ən məsləhətli yolu isə mövsümi meyvələrdir. İnsanlar qida rasionuna mövsümi meyvələri əlavə etməlidir.

Eyni zamanda gün ərzində orqanizmin protein qəbulu da vacibdir. Qırmızı ət, toyuq əti və hazırda mövsümü olan balıq kimi qidalar bədənin protein ehtiyacını təmin edir”, - deyə həkim bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə