İngiltərədə "Strep A" narahatlığı

İngiltərədə “Strep A” bakteriyasının törətdiyi infeksiyadan ölən uşaqların sayı 9-a yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali İrlandiyanın paytaxtı Belfastda 5 yaşlı qız "Strep A" bakterial infeksiyasından ölən 9-cu uşaq olub. Böyük Britaniyanın Təhsil üzrə Dövlət Katibi Nik Gibb bildirib ki, "Strep A" xəstəliyindən təsirlənən məktəblərə infeksiyanın məktəblərdə yayılmasının qarşısını almaq üçün antibiotiklər verilə bilər.

Xəstəliyə yoluxma halları əvvəlki illərə nisbətən daha çoxdur İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi mövzu ilə bağlı verdiyi açıqlamada ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edib və xəstəliyin əvvəlki illərə nisbətən daha çox olduğuna diqqət çəkib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə