Ekspert istənilən yaşda gözəl görünən aksesuarların adını çəkib...

...Trendlərin sürətlə dəyişdiyi moda dünyasında yumşaq dəri çantalar və eşarplar kimi bəzi əşyalar onilliklər boyu zamansız stil yoldaşları olaraq qalır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə moda mütəxəssisi və fransız brendi Mişel Kataná-nın bədii rəhbəri Nataliya Semenova bildirib.

...Yüksək keyfiyyətli yumşaq dəri çanta yaşsızdır; o, sizinlə birlikdə yaşlanır, Semenova qeyd edib.

Belə bir əşya sadəcə bir moda ifadəsi deyil, həm də özünüzə ilk ciddi investisiyadır. O, işgüzar səfərlərdən tutmuş rahat gəzintilərə qədər həyatdakı vacib anları "xatırlayır" və bəzən qəhvə ləkələri unikal dizaynın bir hissəsinə çevrilir.

Əsas qayda minimalizmdir: sadə forma, üstün material, nəfəs alan dəri, gizli tikişlər və rahat çiyin qayışları.

...Böyük ölçülü eşarp ən dürüst aksesuardır. O, yalan danışmır və sizi daha gənc və ya yaşlı göstərməyə çalışmır,-ekspert əlavə edib.

Məsələn, 30 yaşında bir eşarp bir neçə təbəqəyə bükülərək həcmli bir başlıq halına gətirilə bilər.

50 yaşına çatanda o, zərif bir şarf halına gəlir və materialın teksturasının özü üçün danışmasına imkan verir.

Yeganə fərq yanaşmadadır: gənclik xaotik pərdə, yetkinlik - nəzarət edilən yumşaqlıq seçir...

Sintetik parçalar yaşı göstərir, təbii liflər - kaşmir, merinos və ya ipək qarışıqları isə onu gizlədir.

İpək şarf, yaşınızdan asılı olaraq "müxtəlif dillərdə danışa" bilən bir aksessuardır.

30 yaşında o, diqqət çəkən bir vurğuya çevrilə bilər: başınıza baş lenti kimi bağlanır, çantanıza açarlıq kimi bağlanır və ya biləyinizə bilərzik kimi taxılır.

50 yaşında eyni şarf zəriflik alətinə çevrilir: səliqəli şəkildə diaqonal olaraq qatlanır və palto yaxalığının altına bağlanır, "bahalı sadəlik" effekti yaradır.

...Sirr naxışdadır. Kiçik nöqtələr, nazik zolaqlar və ya mücərrəd ləkələr həmişə uyğundur. Böyük tropik çaplar yaşla solur, lakin həndəsi naxışlar qalır, - deyə ekspert izah edib.

...Ekspertin fikrincə, əlcəklər yeganə aksesuardır ki, geyənin yaşını deyil, tərbiyəsini də göstərir.

30 yaşında onlar cəsarət simvolu ola bilər - konsert üçün dəri gödəkçəni tamamlayan qısa, turşu rəngli əlcəklər...

...50 yaşında isə onlar özünəhörmət əlamətidir: teatr üçün düz palto ilə geyilən uzun, incə zamşa (maral, buzov və keçi dərilərindən yağ və formaldehid-yağ aşılama üsulları ilə istehsal olunan dəri –A.B.) əlcəklər...

...Amma həmişə uyğun olan bir stil var. Bunlar səliqəli tikişli klassik, bilək uzunluğundakı dəri əlcəklərdir.

Onları 30 yaşında görüşdə və ya 50 yaşında işgüzar görüşdə geymək olar.

...Rəng vacibdir.

Semenova bildirib ki, qara, qum, tünd göy və tünd qırmızı rənglər zamansızdır. Qırmızı və ağ rənglər çox tələbkardır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə