“Ölçü standartlarının vahid olmaması alıcının öz ölçüsünü düzgün müəyyən etməsini çətinləşdirir. Nəticədə insanlar uyğun ölçünü tapmaq üçün bir neçə geyimi sınaqdan keçirməli olur və ya onlayn sifariş etdikləri məhsulları geri qaytarmağa məcbur qalırlar. Bu isə həm əlavə vaxt itkisinə, həm də narazılığa səbəb olur”.
Bu sözləri SİA-ya açıqlamasında modelyer Şəlalə Maqsudova deyib.

Onun sözlərinə görə, eyni ölçü etiketinə malik geyimlərin fərqli brendlərdə müxtəlif ölçüdə olması alıcıların etimadını azaldır:
“Alıcılar tez-tez eyni ölçünün fərqli çıxmasından şikayət edirlər. Bu isə müəyyən brendlərə qarşı inamsızlıq yaradır və seçim prosesini daha da çətinləşdirir. İnsanlar artıq sadəcə ölçüyə yox, brendə görə qərar verməyə məcbur qalır”.
Modelyer hesab edir ki, problemin həlli üçün vahid ölçü sisteminin tətbiqi vacibdir:
“Beynəlxalq səviyyədə qəbul olunan ölçü standartları – yəni boy, sinə, bel və omba ölçülərinə əsaslanan sistem tətbiq edilməlidir. Bütün brendlər eyni meyarlardan istifadə etsə, alıcılar üçün seçim daha rahat və şəffaf olar. Eyni zamanda, dəqiq bədən ölçüləri bazasının yaradılması da bu sahədə mühüm addım ola bilər”.
Mütəxəssislər qeyd edirlər ki, vahid ölçü sisteminin tətbiqi həm alıcı məmnuniyyətini artırar, həm də onlayn alış-veriş zamanı geri qaytarmaların sayını azaldaraq bazarın daha effektiv fəaliyyətinə töhfə verə bilər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB