...SİA xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, keçmişdə 30 yaşlarında olanlar arasında məşhur olan yan tərəflərə ayrılmış saç düzümləri geri döndü. 2020 və 2021-ci illərdə sosial mediada Z nəsli tərəfindən lağa qoyulan bu stil, aktrisa Zoë Kravitz, müğənni Addison Rae və televiziya ulduzu Paige DeZorbo sayəsində yenidən trendə çevrilib.
Nəşrin qeyd etdiyi kimi, onların nümunəsini model Hailey Bieber, pop müğənnisi Sabrina Carpenter və Euphoria ulduzu Zendaya izləyib.
...Yan tərəflərə ayrılmış saç düzümləri təkcə məşhurlar arasında deyil, həm də dizaynerlər arasında sevimli hala gəlib.
Qeyd edilir ki, ötən ilin sentyabr ayında fransız-amerikalı modelyer Cozef Altuzarra bu stildə modelləri podiuma göndərdi.
Daha sonra Britaniyalı dizayner Phoebe Philo üçün model Keti Simmonsun iştirak etdiyi reklam kampaniyası haqqında xəbərlər yayıldı.
Model zərif yan tərəflərə ayrılmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB