...Fransız moda evi Hermes çantaları yalnız seçilmiş və layiqli müştərilərə satmaq ittihamlarına cavab verib.
SİA xəbər verir ki, bu barədə Glitz bildirib.
Lüks brendin nümayəndələri 2024-cü ilin mart ayında Kaliforniya məhkəməsində qaldırılan kollektiv iddiaya cavab veriblər.
O dövrdə moda evinin yalnız Birkin çantalarını almaqda əhəmiyyətli tarixə malik sadiq müştərilərə icazə vermək siyasəti ictimaiyyətin qəzəbinə səbəb olub.
Lüks aksesuarlar almaq üçün maliyyə imkanlarını müəyyən edərək potensial müştəriləri izləmək iddiası və ittihamlarından bəhs edən bir məqalənin dərc olunmasından sonra brend ABŞ-da müştəri xidmətini yaxşılaşdıracağını açıqlayıb.
Onlar həmçinin hər bir müştərini təklif olunan məhsullar barədə məlumatlandıracaqlarına və gözləmə müddətini azaldacaqlarına söz veriblər.
Əvvəllər Hermès satış əməkdaşının butikdə alış-veriş edən şəxsin sərvətini müəyyən etmək üçün istifadə edilə bilən əlamətləri müəyyən etdiyi bildirilirdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB