…Dördqat “Böyük dəbilqə” çempionu və dünya 1-ci nömrəsi, belaruslu tennisçi Arina Sabalenka məşhur italyan moda evi Gucci-nin səfiri oldu.
SİA-nın əldə etdiyi məlumata görə, şirkətin mətbuat xidməti sosial mediada “Gucci ailəsinə xoş gəlmisiniz, Arina” –yazıb.
Qeyd edək ki, Gucci dünyanın ən dəyərli brendlərindən biridir. Sabalenkadan başqa, dördqat “Böyük dəbilqə” çempionu və dünya 2-ci nömrəsi, italyan Yannik Sinnerin də Gucci ilə müqaviləsi var.
Hələ də davam edən 2026-cı il Avstraliya Açıq turnirində Arina Sabalenka üçüncü raunda yüksəldi.
O, 1/8 finala vəsiqə qazanmaq üçün avstriyalı Anastasiya Potapova ilə qarşılaşacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB