Afrika Millətlər Kubokunun oyunu zamanı izdiham... 6 nəfər yaralanıb

Kamerun və Komor adaları komandaları arasında futbol üzrə Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin keçirildiyi stadionun yaxınlığında baş verən izdihamda ən azı 6 nəfər həlak olub.

SİA-nın məlumatına görə, bu barədə "AP" agentliyi Kamerunun mərkəzi bölgəsinin qubernatoru Naceri Paul Biyaya istinadən xəbər verib.

Kamerunun paytaxtı Yaounde şəhərindəki "Olembe" stadionunda keçirilən və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmaya 50 minə yaxın insanın daxil olmağa çalışdığı bildirilib. Arena 60 000 tamaşaçı tutumuna malikdir, lakin koronavirus məhdudiyyətlərinə görə yalnız 80 faiz dolmasına icazə verilib.

Qubernatorun sözlərinə görə, ölənlər daha çox ola bilər. Xəstəxananın rəsmiləri 40-a yaxın insanın yaralandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə