Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad sakininin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən Biləsuvar sakinini vuraraq öldürüb.

Ölən şəxsin kimliyi haqqında əlavə məlumat veriləcək.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə