Rus məktəblisi məktəbə də odlu silahla gəlir?

Rusiyanın Perm diyarının Sars qəsəbəsində yerləşən məktəblərin birində şagird odlu silahdan atəş açıb. SİA-nın məlumatına görə, bu barədə "TASS"a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.

Məlumata əsasən, şagird məktəbə odlu silahla gəlib və bir dəfə tavana atəş açıb. İnsident zamanı məktəbdə yalnız mühafizəçi olub və o, xəsarət almayıb.

Bildirilir ki, məktəbli polislər tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...