Oğuzda dağlıq ərazidəki yanğın söndürülüb

Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə dünən baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın zamanı 1,5 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Meşə zolağı yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə