Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər hadisə yerinə çatana kimi müxtəlif xəsarətlər almış 4 nəfər təcili yardım briqadası tərəfindən aidiyyəti üzrə aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə