Türkiyədə təbii fəlakət 7 nəfər itkin düşüb

Türkiyənin Düzce şəhərinin Cumayeri rayonunda baş vermiş torpaq sürüşməsi və sel nəticəsində yeddi nəfərin itkin düşdüyü ehtimal olunur. SİA xəbər verir ki, bu barədə Düzce valisi Zülkif Dağlı məlumat verib.

Bildirilib ki, hadisədən zərərçəkən 69 nəfər helikopterlər vasitəsilə xilas olunub. Z.Dağlı Esmahanım kəndində yeddi nəfərin itkin düşməsi barədə məlumatın daxil olduğunu və onların axtarışlarının davam etdiyini bildirib. O, təbii fəlakətin meydana gəldiyi bölgədə təmizləmə işlərinin də aparıldığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə