11 yol qəzası 9 ölü

Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə