Leysan yağıb, Talaçaydan sel keçib

Sentyabrın 8-i saat 9:00-a olan məlumatına əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki,Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 mm-dək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə