Primorskda baş verən partlayışda iki nəfər xəsarət alıb - YENİLƏNİB

Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində pəncərə istehsalı sexində və qonşu anbarda baş verən yanğın və partlayış zamanı iki nəfər xəsarət alıb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə regionun Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanıq xəsarətləri almış işçilər şəhər xəstəxanasına yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə