Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var

Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə hadisə saat 06:10 radələrində baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli "Report"un sorğusuna cavab olaraq bildirib ki, “JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb:

"Faktla bağlı araşdırma aparılır”.

Bütün xəbərlər Facebook səhifəmizdə