Primorskda anbarda güclü partlayış baş verib

Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində güclü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə “SHOT” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 12-də səhər saatlarında yerli anbarlardan birində baş verib.

"İlkin məlumata görə, hadisə köhnə və nasaz soyuducunun partlaması nəticəsində baş verib", - məlumatda qeyd olunub.

Jurnalistlərin bildirdiyinə görə, partlayışdan sonra anbarda yanğın başlayıb. Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları artıq hadisə yerinə gəliblər. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə