Zavodda partlayış zamanı onlarla insan yaralanıb

Türkiyənin Balıkesir şəhərinin Susurluk rayonunda zavodda qaz sızması nəticəsində baş verən partlayışda 18 nəfər yaralanıb. SİA bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadası göndərilib.

Yaralıların bəziləri təcili yardım maşınları tərəfindən Susurluk Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan 5 nəfər Balıkəsir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə