Hələbdə binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

Hələbdə binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

Suriyanın Hələb şəhərinin şimal-qərbində yerləşən beşmərtəbəli binanın çökməsi nəticəsində biri uşaq olmaqla 15 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb. Dağıntılar altında ən az 30 nəfər olduğu bildirilir.

3 nəfər yaralı dağıntılar altından çıxarılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə