4 nəfər şəxsin meyidinin tapılması ilə bağlı araşdırmalar aparılır
Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyidinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya məlumat verilib.
Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilmişdir.
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş vermişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB