Türkiyə və Azərbaycan universitetlərinin iştirakı ilə Zəfər Günü qeyd olunub
Azərbaycanın Türkiyədəki Səfirliyi, Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin KTO Karatay Universitetinin birgə təşkilatçılığı ilə Qarabağ Zəfərinin ikinci ildönümünə həsr olunan tədbir keçirilib.
SİA xəbər verir ki, onlayn formatda təşkil olunan tədbirdə hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak edib.
Tədbirin açılışında çıxış edən Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Qazi Universitetinin rektoru Musa Yıldız, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, KTO Karatay Universitetinin rektoru Fevzi Rifat Ortaç və MDU-nun rektoru Şahin Bayramov iki qardaş ölkənin ali təhsil müəssisələri arasında Zəfər Gününün qeyd olunmasından məmnunluqlarını və tarixi gün münasibətilə təbriklərini ifadə ediblər. Vətənin bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, dərin ehtiram və sonsuz minnətdarlıq hissləri ilə yad olunacağını bildirərək, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyiblər.
Bildirilib ki, 30 ilə yaxın erməni işğalına və vandalizminə məruz qalmış əzəli yurdlarımız düşmən tapdağından azad edildi və tarixi ədalət bərpa olundu. 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin şücaəti sayəsində qazanılan Qarabağ Zəfəri Türk Dünyası tarixinin şanlı səhifələrindəndir.
Vurğulanıb ki, hazırda özünün ən yüksək inkişaf səviyyəsinə çatmış Türkiyə-Azərbaycan qardaşlığı şanlı Qələbənin əldə edilməsində əhəmiyyətli rol oynayıb və post-müharibə dövrünün yeni reallıqları şəraitində də gücünü və nüfuzunu bütün dünyaya göstərir. Vətən Müharibəsindən sonra bölgədə və dünyada formalaşan yeni geosiyasi mənzərənin türk dövlətlərinin inteqrasiyası və inkişafı baxımından geniş imkanlar yaratdığı qeyd olunub. Bu haqda məruzələrin yer aldığı panel sessiyanın önəmi diqqətə çatdırılaraq, tədbirin təşkilatçılarına, məruzəçilərinə və iştirakçılarına minnətdarlıq ifadə olunub.
Açılış nitqlərindən sonra, tədbir MDU rektorunun müşaviri Hamiz Mahmudovun moderatorluğu ilə panel sessiyada davam edib. Panel sessiyada KTO Karatay Universitetinin akademik heyət üzvlərindən Murat Canıtez “Qarabağ Zəfəri və beynəlxalq ticarətdə logistika komponentləri”, Şerife Nesimioğlu “Türkiyə-Azərbaycan enerji dialoqu: güclü tərəflər və fürsətlər”, MDU-nun akademik heyət üzvlərindən Vəfa Məhərrəmova “Tarixin, mədəniyyətin, qəhrəmanlığın və Zəfərin rəmzi Şuşa” və Gülər Əjdərzadə “Türk Dünyasının sosial-siyasi və etnik-mədəni bütövləşməsi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Qarabağ Zəfəri tarixi, siyasi, iqtisadi və mədəni aspektlərdən dəyərləndirilib və yeni geosiyasi reallıqlar kontekstində türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi ilə bağlı aparılmış tədqiqatların nəticələri təqdim olunub.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və aparılan müzakirələrdən sonra tədbirin işinə yekun vurulub.
Qeyd edək ki, Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə MDU-da qardaş ölkənin tərəfdaş universitetləri ilə birlikdə silsilə tədbirlər keçirilir.
Xəbər lenti
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



