Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Yazıçılar Birliyinin üzvü Miroktay Mirbabayevin yeni nəşr edilən “Алиевская сталь: пришел, освободил, победил!” (Əliyev poladı: gəldi, azad etdi, qələbə çaldı!) adlı kitabının təqdimatı olub. SİA xəbər verir ki, MEK-in baş direktoru professor Məmməd Əliyev Zəfər bayramı ərəfəsində rəhbərlik etdiyi kitabxanada dəyərli bir nəşrin təqdimatının keçirilməsindən məmnunluğunu bildirib.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və möhtəşəm tarixi Qələbənin əbədiləşdirilməsi istiqamətində tədqiqatçı alimlərin monoqrafiyalar, yazıçıların bədii, elmi-publisistik əsərlər ərsəyə gətirməsi önəmli faktorlardandır. Respublikada unikallığı ilə seçilən MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu isə zaman keçdikcə həmin nəşrlərlə daha da zənginləşir. Təqdimatına toplaşdığımız kitab da bu nəşrlər sırasındadır”, - deyə MEK-in baş direktoru vurğulayıb.
Təqdimatda çıxış edən Qərbi Azərbaycan Azadlıq Təşkilatı İdarə Heyətinin sədri Əli Vəliyev, yazıçı, araşdırmaçı Xəqani İsmayılov nəşr haqqında fikirlərini səsləndiriblər.
Vurğulanıb ki, oxucuların istifadəsinə verilən bu kitabda 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər işıqlandırılıb, müharibə haqqında məlumatlar xronoloji ardıcıllıqla təqdim edilib. Nəşrin xarici dildə olması isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ən vacib ünsürlərdən biri kimi dəyərləndirilib.
Qeyd olunub ki, müəllifin digər – “Мир спасает человеческое здравомыслие” (Dünya insanın ağlını xilas edir. 2013), "Мировая мини энциклопедия" (Dünya mini ensiklopediyası. 2019) kitabları kimi yeni işıq üzü görmüş “Алиевская сталь: пришел, освободил, победил!” əsəri də maraqla qarşılanıb.
Təqdimat mərasimində kitabın müəllifi çıxış edərək burada üç tarixi dövrün - Qələbə, Zəfərin I ildönümü və Prezident İlham Əliyevin 60 illik yubileyinin əhatə olunduğunu, həmçinin İrəvanda yaşadığı müddətdə şəxsən şahidi olduğu real hadisələrin də qələmə alındığını xüsusi vurğulayıb.
Sonda müəllif təqdimatın keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib, nəşrlərini MEK-ə hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



