Bu gün Hədəf Steam Liseyində 8 noyabr Zəfər gününə həsr olunmuş “Dərdimiz qürurumuzdur” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Tədbirdə liseyin şagirdləri tərəfindən hazırlanmış bədii tamaşa nümayiş etdirilib. Tədbirin əsas məqsədi arxa cəbhədə mübarizə aparan xanımların psixoloji mübarizəsini əks etdirərək, ananın Vətən dərdini öz dərdi bilməsidir. Belə ki, tamaşanın sonunda ana Xarıbülbülə dönərək, Vətənə qarışın, Vətən olur.
Bədii tamaşadan sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anılıb.
Daha sonra isə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq çıxış edərək, Zəfər gününün xalqımız və dövlətimiz üçün nə qədər önəmli olduğunu qeyd edərək, bu günlərə hansı çətinliklərdən keçərək, çatdığımızı bildirib: “Bu cür tədbirlər hər zaman keçirilirdi. Amma həmişə ürəyimizdə bir ağrı olurdu və o qədər də həvəslə hazırlaşa bilmirdik. Lakin iki ildir ki, Zəfər günü kimi xüsusi dəyəri olan günlərə böyük həvəs və şövqlə hazırlaşırıq. Bunu uşaqlarımızın çıxışları zamanı da bir daha hiss etdik”.
Daha sonra isə bir çox ictimai xadimlər tariximiz, bu zəfəri necə qazanmağımız barədə çıxışlar edib.
Sonda xatirə şəkli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB