Nazir musiqi məktəblərinin direktorlarına tapşırıq verib

Nazir musiqi məktəblərinin direktorlarına tapşırıq verib

Mədəniyyət naziri Anar Kərimov Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktorlarına gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatının verilməsi barədə göstəriş verib.

SİA-nın xəbərinə görə, nazir uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşü zamanı deyib.

A.Kərimov regional idarələrin rəhbərlərinin bu prosesə nəzarəti həyata keçirmələri barədə göstəriş verildiyi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə