“Məktəblərə muxtariyyət vermək kifayət qədər cəsarət tələb edir” - EMİN ƏMRULLAYEV
“Finlandiya təhsil sistemində tədris 3 komponentdən ibarətdir. Bunlardan birincisi, ölkənin təyin etdiyidir və bunu heçkim dəyişə bilməz. İkincisi yerli regional bölməyə məxsus olan əlavələrdir. Üçüncüsü isə məktəbin komponentidir ki, uşaqların bilik və bacarıqlarına uyğun tədris planının formalaşdırılmasıdır”. SİA xəbər verir ki, bu sözləri “45 dəqiqə” təhsil proqramında Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda hələ də müəllimlərin narazı qaldığı məsələ dərs saatlarının bölgüsüdür: “Burada məktəbdən bir nəfəri tapıb günahlandırmaq da düzgün deyil. Məktəblərə muxtariyyət vermək kifayət qədər cəsarət tələb edir.
Sərbəstlik və özbaşınalıq tamamilə fərqlidir. Tədrisin bu qədər çevik olmamağının əsas səbəbi tədris planı və saat bölgüsüdür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB